AZ

Qonşu ölkədə havaya görə məktəblər bağlandı

İranın cənub-qərbində yerləşən Xuzistan ostanında güclü hava çirkliliyi səbəbindən ibtidai və orta məktəblərdə üzbəüz tədris 21 noyabra qədər dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, dərslər bu müddət ərzində məsafədən davam etdiriləcək.
 

Əhvaz Şapur Tibb Universitetinin prorektoru Mehrdad Şərifi qeyd edib ki, Əhvaz, Dəşt-e Azadeqan və Hoveyzə şəhərlərində hava son bir neçə ayda cəmi iki gün sağlam olub və bu ilin oktyabr ayında hava çirkliliyi səbəbindən əyalət xəstəxanalarına 22.000 vətəndaş müraciət edib.


Qeyd edək ki, iranda son 1 il ərzində havanın çirklənməsi səbəbilə 1600 nəfər həyatını itirib.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr