AZ

Malidə qadın TikTok paylaşımlarına görə ictimaiyyət qarşısında edam edilib

Ajans.az xəbər verir ki,bu barədə South China Morning Post (SCMP) yerli hakimiyyət orqanlarına və qurbanın qohumlarına istinadən xəbər verib. Məlumata görə, cümə axşamı günü qadın cihadçılar tərəfindən saxlanılıb və Mali ordusuna məlumat ötürməkdə ittiham olunub. Qurbanın qardaşı bildirib ki, bacısı ertəsi gün motosikletlə şəhər mərkəzinə aparılıb və Müstəqillik Meydanında ictimaiyyət qarşısında güllələnib. O, edama şahid olan izdiham arasında olub. Təhlükəsizlik mənbələri qadının Tonka şəhərində cihadçılar tərəfindən edam edildiyini təsdiqləyiblər. Məlumata görə, Sisse adlı bloqqer şəhər həyatını əks etdirən videolar paylaşırdı və TikTok-da 90 mindən çox izləyicisi var idi.

 

Seçilən
39
Ajans.az

1Mənbələr