AZ

Avtoxuliqanlıq edib, videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib (FOTO)

Bakı.Trend:

Avtoxuliqanlıq edib, videosunu sosial şəbəkədə paylaşan sürücühəbs edilib.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşlarıtərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıqhərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan vədigər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş”markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininsürücüsü Tural İbrahimov saxlanılıb.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yolhərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıqhərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraqbaxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 ilmüddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbsedilib.

Avtoxuliqanlıq
Məqalədə:
Seçilən
18
36
az.trend.az

10Mənbələr