AZ

“Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib

Super Liqa təmsilçilərindən "Fənərbaxça" “Viktoriya Plzen”lə keçirilən qarşılaşmanın idarəçiliyindən narazı qalıb və məsələ ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Ali Gürbüz açıqlama verib.

O bildirib ki, qarşılaşmanın hakimi ilə bağlı intizam araşdırmasının başlanması və həmin referinin “Fənərbaxça”nın gələcək oyunlarına təyinat almaması üçün quruma müraciət edilib:

“Plzen" oyununun hakimi ilə bağlı UEFA-ya rəsmi müraciət göndərdik. Həm intizam prosesinin başladılması, həm də həmin hakimin komandanın növbəti oyunlarına təyin olunmaması ilə bağlı tələbimiz var. Bu məsələ ilə bağlı yaxın zamanda klubun kommunikasiya komandası mətbuata əlavə məlumat verəcək.”

Qeyd edək ki, “Fənərbaxça” Avropa arenasında “Viktoriya Plzen”lə (0:0) oynadığı matçda hakim qərarlarından ciddi narazılıq ifadə etmişdi.

Liqa 1: “Marsel”dən inamlı qələbə

Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın

Turin derbisində qalib müəyyənləşmədi, "Milan"dan xal itkisi

Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi

La Liqada "Atletiko" qələbə qazandı, “Real Sosyedad” xal itirdi

Seçilən
33
1
apasport.az

2Mənbələr