AZ

Bundesliqa təmsilçisi baş məşqçi ilə yollarını ayırdı

BAKI, 10 noyabr. TELEQRAF

Almaniyanın “Volfsburq” klubu baş məşqçi Paul Simonislə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı niderlandlı mütəxəssislə yanaşı, məşqçilər Peter van der Ven, Tristan Bergheys və Martin Darnevil də komandadan ayrılıblar. U-19 məşqçisi Daniel Bauer müvəqqəti baş məşqçi vəzifəsinə təyin edilib.

Simonis iyulun 1-dən “Volfsburq”da idi. “Yaşıllar” onun rəhbərliyi altında 12 oyundan üçündə qalib gəlib, ikisində heç-heçə edib və yeddisində məğlub olub. Komanda hazırda 10 oyundan sonra səkkiz xalla Bundesliqanın turnir cədvəlində 14-cü yerdədir.

Seçilən
57
teleqraf.com

1Mənbələr