AZ

Böyük Britaniya Belçikaya pilotsuz uçuş aparatlarına qarşı komanda göndərib

Böyük Britaniya Belçikanın hava məkanında müşahidə olunan şübhəli pilotsuz uçuş aparatları (PUA) təhlükəsi ilə mübarizə aparmaq məqsədilə bu ölkəyə hərbi qulluqçular və xüsusi avadanlıqlar göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə “Belga” Britaniyanın müdafiə naziri Riçard Naytona istinadən məlumat verib.

Nayton bildirib ki, Belçikanın müdafiə naziri həftənin əvvəlində yardım üçün müraciət edib və Britaniya hərbçiləri ilə avadanlıqları artıq yoldadır. Belçika təhlükəsizlik orqanları bu PUA fəaliyyətinin arxasında Rusiyanın dayana biləcəyini istisna etmir. Nayton bu ehtimalı “inandırıcı” adlandırıb.

Seçilən
14
2
operativmm.az

3Mənbələr