AZ

Türkiyədə ard-arda zəlzələ: Növbətisi 6,9 bal gücündə ola bilər

Türkiyənin Balıkesir vilayətində baş verən ardıcıl zəlzələlərdən sonra mütəxəssislər bölgədə yerləşən Gelenbe fay xətti ilə bağlı ciddi xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, məlumata görə, Balıkesirdə gecə yarısı və səhər saatlarında ard-arda 4,5 bal gücündə zəlzələlər qeydə alınıb. Sarsıntılar İzmir, Manisa, Bursa və İstanbulda da hiss olunub.

Zəlzələdən sonra seysmoloqlar Gelenbe fayında gərginliyin artdığını bildiriblər. Tanınmış geofizik professor Övgün Ahmet Ercan qeyd edib: “Son zəlzələlər təxminən 20 kilometr uzunluğunda qırıq yaradıb və bu xətt şimal-şərq istiqamətində aktivləşir. Əgər proses davam edərsə, Balıkesir mərkəzi zərər görə bilər”.

Seçilən
35
publika.az

1Mənbələr