Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya və Hindistan ölkədə çalışan hindistanlı işçilərin hüquqlarını qorumağa yönəlmiş yeni saziş imzalamağa hazırlaşır. Bizim.Media “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, sənədin dekabr ayında Nyu-Dehlidə keçiriləcək illik ikitərəfli sammit çərçivəsində təsdiqlənməsi planlaşdırılır.Mənbələrin bildirdiyinə görə, bu saziş Rusiyada çalışan hindistanlıların sayının artmasına təkan verəcək.Hazırda hindistanlı miqrantlar əsasən tikinti və tekstil sənayesində fəaliyyət göstərirlər. Bununla belə, ekspertlər qeyd edirlər ki, Rusiya bazarında artıq maşınqayırma və elektronika sahələrində ixtisaslı kadrlara da tələbat yüksəlir.
Rusiya Əmək Nazirliyinin müəyyən etdiyi kvotaya əsasən, 2025-ci ilin sonunadək ölkədə 70 mindən çox hindistanlı işçinin çalışacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, sürətlə artan hindistanlı diasporu Moskva ilə Nyu-Dehli arasında strateji tərəfdaşlığın yeni dayaqlarından birinə çevrilə bilər. Bununla paralel olaraq iqtisadi əməkdaşlıq da genişlənir — bu il Hindistan Rusiyadan rekord həcmdə qızıl və almaz idxal edib.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.