Ajans.az xəbər verir ki, hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır