AZ

Paşinyan Sarqsyan və Koçaryanla qarşı qarşıya: KQB nin himayəsi ilə reallaşdırılan ssenariyə qayıtmağı təklif edirlər

ain.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin eks prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın son günlər Qarabağ ətrafındakı keçmiş danışıqlar prosesi barədə fikirlərinə cavab verib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan baş naziri "Facebook" hesabında yazıb.

O, Serj Sarqsyan və Robert Koçaryanın ölkə mətbuatındakı çıxışlarına cavab olaraq bildirib ki, danışıqlar prosesi barədə sənədlər dərc olunacaq və bundan sonra prosesin digər qüvvələrin əlində Ermənistan üçün "xalta" olması fikri sübuta yetiriləcək:

"Son günlər Koçaryan və Sarqsyanın verdiyi bəyanatlar təsdiq edir ki, Qarabağ məsələsi Ermənistanı "yaxındakı ağaca" bağlamaqdan ötrü "xalta" olub. Xalqların hüquqları, tarixi ədalət və bənzər terminlər başlıca məqsəd üçün sadəcə pərdələmə olub. Bütün danışıqlar prosesi və təkliflər xaltanın qısaldılmasına yönəlmişdi. İlin sonuna danışıqlar üzrə sənədlər dərc ediləcək və bu, daha da aydınlaşacaq".

Nikol Paşinyan bildirib ki, "xalta"nın qısaldılması prosesinin məqsədi Ermənistanın dövlətçiliyinin itirilməsi idi və münaqişə yalnız bu yolla başa çata bilərdi.

"Koçaryan və Sarqsyan əvvəlcədən "Lenin, partiya, Qorbaçov" şüarı altında və çox güman ki, KQB-nin himayəsi altında yazılan və reallaşdırılan bu ssenariyə qayıtmağı təklif edirlər. Onların imkanları aşkar sıfıra bərabər olduğundan köhnə çekistlərin himayədarlığı altında "gənclərdən ibarət Lenin-partiya-Qorbaçov koqortası" formalaşdırmaq cəhdləri göstərilir. Gözlənilən nəticə: "0+0=0". Qarabağı tərk etmiş ermənilər hökumətin dəstəyi ilə Ermənistana yerləşdirilməlidirlər. Bəli, bu, miqyaslı, çətin və resurs tələb edən proqramdır, lakin onu reallaşdırmağa davam edəcəyik".

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında eks prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın Qarabağla bağlı keçmiş danışıqlar prosesi ətrafında fikirləri tirajlanır. Eks-prezidentlər keçmiş danışıqlar prosesində Ermənistan üçün əlverişli məqamların olduğunu, fürsətlərin əldən verildiyini iddia edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə özünün sosial şəbəkə hesabındakı paylaşımları ilə bu iddiaları təkzib edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
1
sherg.az

2Mənbələr