“Hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb“.
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin “Xalq gündəliyi” qəzetinə müsahibəsində deyib.