AZ

Prezident Ərdoğan: Türkiyə qlobal gücə çevrilmə yolunda inamla irəliləyir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 10 noyabr, AZƏRTAC

Türkiyə qlobal güc mənbəyinə çevrilmə yolunda inamlı addımlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikanın banisi və ilk Prezidenti, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Ankaradakı “Anıtkabır” mavzoleyində Qonaqların Şərəf Kitabına yazdığı qeyddə yer alıb.

Türkiyə lideri vurğulayıb ki, ölkənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiq qalmaqda davam edir. “Ölkəmizin hər bir guşəsində yeni layihə və proqramlar həyata keçirilir”, – deyə Prezident Ərdoğan yazıb.

Mustafa Kamal Atatürkün və onun silahdaşlarının xatirəsi Ankaradakı mavzoleydə qardaş ölkənin dövlət rəsmiləri, müxtəlif siyasi qüvvələrin nümayəndələri, hərbçilər və ictimaiyyət tərəfindən ehtiramla yad olunur.

Saat 09:05-də (Atatürkün İstanbuldakı “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
12
azertag.az

10Mənbələr