AZ

Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə “təpik” atır, yoxsa…? – PƏRDƏARXASI MƏQAM

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı İrəvan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini geri qaytarmalıdır. Paşinyan bu barədə Teleqram kanalında yazıb. Bəs, Paşinyanın bəyanatı regionda sülh prosesinə necə təsir edə bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər nisbətən istiləşsə də, bu, bütün problemlərin həll olunduğu anlamına gəlmir.

Xankəndidə

“Xüsusilə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində görüləcək çox iş var. Onlardan biri də hələ Ermənistanın işğalı altında olan Azərbaycanın dörd kəndinin qaytarılması məsələsidir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Paşinyan isə sanki buna adekvat reaksiya verir və “suveren ərazilər” məsələsini gündəmə gətirir,” – politoloq qeyd edib.

Əli Mustafanın sözlərinə görə, Ermənistanın bu cür bəyanatları sülh prosesinə ciddi təsir göstərməyəcək:

“Bu, artıq böyük bir prosesdir və regionda davamlı sülhün bərqərar olması istiqamətində irəliləyir. Bölgə hazırda dünya ticarət yollarının keçdiyi mühüm bir məkana çevrilir. Bu da regional sabitlik və əməkdaşlıq baxımından mühüm üstünlüklər yaradır.”

Ekspert hesab edir ki, Paşinyanın bu açıqlaması daha çox daxili auditoriya üçün nəzərdə tutulub:

“Ermənistan seçkiləri ərəfəsində Paşinyan bu bəyanatlarla siyasi piar edir, elektorata mesaj verir. Yəni, göstərmək istəyir ki, Azərbaycan 4 kəndi qaytarmaq iddiasındadırsa, Ermənistanın da istəkləri mövcuddur. Bu, daha çox daxili siyasətə yönəlik addımdır və sülh sazişinin imzalanmasına ciddi təsir etməyəcək.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
64
2
konkret.az

3Mənbələr