Tayland və Malayziya arasındakı dəniz sərhədi yaxınlığında Hind okeanında Myanma və Banqladeşdən olan 90 qanunsuz miqrantı daşıyan qayıq aşıb. Bir nəfərin cəsədi tapılıb. Malayziyanın "New Straits Times" qəzetinin məlumatına görə, on nəfər xilas edilib, onlarla insan isə itkin düşüb.
300 miqrantı daşıyan qayıq bir aydan çox əvvəl Myanmadan yola düşüb. Bu həftə Malayziya sərhədinə yaxınlaşanda, gəmidəki insanlar üç qrupa bölünüb və hər biri ayrı bir qayığa yerləşdirilib. Digər iki qayıq hələ tapılmayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Miqrantların hər biri səyahət üçün təxminən 3000 dollar ödəyib. Malayziya polisi bildirib ki, "bəziləri rüsumu ödəmək üçün torpaqlarını satmalı olublar".
Əziz MUSTAFA