AZ

Avropalılar BYD alırlarmı? Rəqəmlər “danışır”

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BYD Avropada da irəliləyir. Dünya miqyasında “Tesla”nı üstələyən Çin istehsalçısı hələ də qitədə kiçik oyunçudur.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki,  2025-ci ilin ilk doqquz ayında Teslanın rəqibi orada cəmi 80 min 807 avtomobil satıb.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə “Volkswagen” 2,2 milyon, “Renault” 915 min avtomobil satıb. Bununla belə,  BYD-nin Avropadakı bazar payı sentyabr ayında 1,5%-ə çatıb.

Yalnız bir il ərzində aşağı bazadan başlayan BYD 2024-cü ilin ilk doqquz ayı ərzində 23 min 216 satmışdırsa, 2025-ci ilin ilk 9 ayında bunun sayını 80 min 807-ə çatdırıb. Təkcə sentyabr ayında BYD Avropada 13 min 221 avtomobil satıb,

2024-cü ilin sentyabrında bu rəqəm 3 min 553 idi. Bu, Avropanın Çində istehsal olunan elektrikli avtomobillərə qoyduğu maneələrə baxmayaraq təsir edici bir artımdır. 

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
bakivaxti.az

1Mənbələr