AZ

“Narkotiklərə meyil edən qadınların əksəriyyəti zorakılığa məruz qalmış şəxslərdir...”

“Azərbaycan reallığında qadınların narkotik istifadəsi uzun müddət gizli və stiqmatizə olunmuş sosial problem kimi qalsa da, son illərdə bu məsələ həm statistik, həm də sosial araşdırmaların mövzusu olmuşdur”. 

Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

Onun sözlərinə görə, qadınların narkotik istifadəsinə dair tarizi ekskurs, sosial amillər, nümunəvi tendensiyakar və cinsə görə fərqlər elmi istinadlarla təqdim olunur:

“Sovet dövrü (1920-1991): Rəsmi olaraq narkotik istifadə halları “ideoloji yolverilməzlik” kimi dəyərləndirilirdi. Qadınlarda narkotik istifadəsi demək olar ki, qeydə alınmırdı – ya da statistik olaraq gizlədilirdi. Narkotiklərə çıxış çox məhdud idi, əsasən tibbi opioidlər (morfin, kodein) qeyri-leqal yollarla əldə olunurdu.     Qadın istifadəçilər haqqında ictimai diskurs yox idi, bu səbəbdən qadınlar daha çox psixotrop maddələrə, yuxu dərmanlarına yönəlirdi.

1990-cı illər: Keçid dövrü və artan qeyri-rəsmi istifadə: Sovet İttifaqının dağılması ilə narkotik maddələrin qanunsuz dövriyyəsi artdı. Sərhəd nəzarətinin zəifləməsi nəticəsində Əfqanıstan-İran-Azərbaycan marşrutu aktivləşdi. Kişilərlə bərabər qadınlar da istifadəçi şəbəkələrində görünməyə başladı, xüsusilə iynə ilə heroin istifadəsi yayıldı. Lakin qadın istifadəçilərin sayı rəsmi rəqəmlərə düşmürdü – “gizli epodemiya” adlandırılırdı. 

2000-ci illər və sonrası: İlk dəfə qadın narkotik istifadəçiləri ilə bağlı proqramlar aktivləşdi (metod müalicəsi, detoks mərkəzləri). Qadın istifadəçiləri arasında seks işçiliyi, məişət zorakılığı, tək analıq, sosial tənha qalmaq hallarının çoxluğu müşahidə edildi. Narkotiklərə meyil edən qadınların əksəriyyəti psixoloji travma keçirmiş, fiziki və ya seksual zorakılığa məruz qalmış şəxslərdir. Son 10 ildə sintetik maddələrin, tranquilizerlərin, reseptli dərmanların (klonazepam, diazepam) istifadə halları artmışdır. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin məlumatlarına görə, narkotik qeydiyyatında olan şəxslərin 8-11 faizi qadındır. Lakin müstəqil QHT-lərin qiymətləndirməsinə əsasən, real göstərici 15-20 faizə yaxındır, çünki qadınlar qeydiyyatdan yayınmağa çalışır”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
49
1
adalet.az

2Mənbələr