AZ

“Neftçi”nin futbolçusu narazıdır: “Qapımıza verilən penalti bizi “öldürdü”

“Məğlubiyyətin xüsusi bir izahı yoxdur. Qapımıza verilən penalti bizi “öldürdü”. Çünki yaxşı oynayırdıq, oyun bərabər keçirdi, “Qarabağ” bizdən üstün deyildi, amma o penaltidən sonra komandamızın ruh düşkünlüyünə səbəb oldu”.

Bu sözləri “Neftçi”nin fransalı futbolçusu İmad Faraj deyib.

26 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olmalarının əsas səbəbini Elçin Məsiyevin 50-ci dəqiqədə verdiyi penalti qərarı ilə əlaqələndirib:

“Epizodu yaxından görmədim. Amma məşqçi mənə dedi ki, əslində orada penalti yox idi. Həm də hakim çox tələsdi - fit çaldı və VAR-a baxmadan qərar verdi. Bizim lehimizə olan epizodlarda penalti üçün 10 dəqiqə baxırlar, amma bu dəfə iki dəqiqəyə qərar çıxarıldı. Yəni, heç vaxt itirmədən birbaşa penalti verildi”, deyə o, “teleqraf”a açıqlamasında qeyd edib.

Faraj bu nəticənin komandaya psixoloji cəhətdən mənfi təsir göstərməyəcəyini də bildirib: “Xeyr, çünki artıq nə edə biləcəyimizi bilirik. “Qarabağ”ın çox yaxşı komanda olduğunu da bilirik, amma bu gün onlara qarşı bərabər mübarizə apardıq. Məncə, növbəti oyunumuz daha yaxşı olacaq. Mövsümün əvvəlində birlikdə yaxşı oynamırdıq, komandada çoxlu yeni futbolçu var idi. Amma son üç oyunda daha yaxşı idik və hər üçünü də qazanmışdıq. Bu, sadəcə bizim ikinci məğlubiyyətimizdir. Bir neçə ay əvvəllə müqayisədə indi xeyli yaxşıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda daha da yaxşı olacağıq”.

Qeyd edək ki, “Neftçi” hazırda 15 xalla turnir cədvəlinin 7-ci, “Qarabağ” isə 23 xalla 1-ci pilləsində qərarlaşıb.

İdman.Biz

Seçilən
17
4
idman.biz

5Mənbələr