AZ

“KQB nin ssenarisinə ...” Paşinyandan Sərkisyan və Köçəryana cavab

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin eks prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın son günlər Qarabağla bağlı səsləndirdikləri fikirlərinə cavab verib.

Bakupost.az xəbər verir ki, Ermənistan baş naziri bu barədə sosial media hesabında yazıb.Paşinyan Sərkisyan və Köçəryanın Ermənistan mediasındakı çıxışlarına cavab olaraq bildirib ki, danışıqlar prosesi barədə sənədlər dərc olunacaq. Bundan sonra Ermənistanı digər qüvvələrin əlində “xalta” etmək istəyi sübuta yetiriləcək: "Son günlər Köçəryan və Sərkisyanın verdiyi bəyanatlar təsdiq edir ki, Qarabağ məsələsi Ermənistanı boynuna bağlanan “xalta” olub. Xalqların hüquqları, tarixi ədalət və bənzər terminlər başlıca məqsəd üçün sadəcə pərdələmə olub. Bütün danışıqlar prosesi və təkliflər xaltanın qısaldılmasına yönəlmişdi. İlin sonuna danışıqlar üzrə sənədlər dərc ediləcək və bu, daha da aydınlaşacaq”.Nikol Paşinyan bildirib ki, “xalta”nın qısaldılması prosesinin məqsədi Ermənistanın dövlətçiliyinin itirilməsi idi və münaqişə yalnız bu yolla başa çata bilərdi."Köçəryan və Sərkisyan əvvəlcədən "Lenin, partiya, Qorbaçov" şüarı ilə, çox güman ki, KQB-nin himayəsi altında yazılan və reallaşdırılan bu ssenariyə qayıtmağı təklif edirlər. Onların imkanları aşkar sıfıra bərabər olduğundan köhnə çekistlərin himayədarlığı altında “gənclərdən ibarət Lenin-partiya-Qorbaçov koqortası” formalaşdırmaq cəhdləri göstərilir. Gözlənilən nəticə: "0+0=0". Qarabağı tərk etmiş ermənilər hökumətin dəstəyi ilə Ermənistana yerləşdirilməlidirlər. Bəli, bu, miqyaslı, çətin və resurs tələb edən proqramdır, lakin onu reallaşdırmağa davam edəcəyik".Qeyd edək ki, son günlər Ermənistan mətbuatında eks prezidentlər Robert Köçəryan və Serj Sakisyanın Qarabağla bağlı keçmiş danışıqlar prosesi ətrafında fikirləri tirajlanır. Eks-prezidentlər keçmiş danışıqlar prosesində Ermənistan üçün əlverişli məqamların olduğunu, fürsətlərin əldən verildiyini iddia edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə özünün sosial şəbəkə hesabındakı paylaşımları ilə bu iddiaları təkzib edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
www.bakupost.az

2Mənbələr