AZ

Hansı peşə sahiblərinə daha çox ehtiyac var?

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az ƏƏMSN-in məlumatına istinadən xəbər verir ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır. Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2 faiz), tikinti-quraşdırma şirkətləri (6,9 faiz), hotellər (4,9 faiz) və tədris-təlim müəssisələri (4,7 faiz) yer alır. İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8 faiz), mühasiblər (6,6 faiz) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2 faiz). Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır. Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3 faizində əməkhaqqı açıq şəkildə göstərilib: Orta əməkhaqqı – 965 manat

Median əməkhaqqı – 800 manat

Ən çox təklif olunan əməkhaqqı intervalı – 601–1000 manat Ən yüksək orta əməkhaqqı İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub. Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbətilə üstünlük təşkil edir. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
37
azvision.az

10Mənbələr