AZ

Dünyada heç bir dövlət Azərbaycanın uğurunu təkrarlaya bilmir - Şərh

“Bu gün 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq  Ermənistan tərəfinin imzaladığı kapitulasiya aktından 5 il ötür. 10 noyabr Azərbaycan, Rusiya və Ermənistan tərfinin imzaladığı üçtrəfli birgə bəyanatla  44 günlük Vətən Müharibəsindəki tarici qələbə rəsmiləşdi, Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi. Bununla da 30 illik məğlubiyyət yükünü üzərindən atan Azərbaycan xalqı qalib xalqa çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti tək döyüş meydanında deyil, şüurlarda da zəfərə imza atdı və tarixi ədalətin bərpasına nail oldu”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, imzalanmış üştərəfli bəyanata əsasən ermənilər o zamana qədər hələ də işğal altında olan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz təhvil vermək, Qarabağ ərazisindəki qanunsuz silahlı dəstələrini ləğv etmək öhdəliyini götürdülər. “Beynəlxalq aləm  10 noyabr bəyanatını təslim aktı adlandırsalar da, erməni revanşistləri  bu sənədi iqnor etməkdə davam edirdilər. Ermənistan  tərəfi imzaladığı kapitulyasiya aktı nəticəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırdılar. Nəticədə alternativi qalmayan Azərbaycan 19-20 sentyabr 2023-cü ildə antiterror əməliyyatlarını hıəyata keçirməklə ölkə üzərində tam suverenliyini bərpa etdi. Artıq Azərbaycan yeni dövrün hədəflərinə doğru inamla irəliləməkdədir”, - o qeyd edib. 

Deputat əlavə edib ki, Azərbaycan dövləti Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə həm siyasi, həm mənəvi, həm iqtisadi, həm də hərbi sahədə sürətlə gücləndi, informasiya müharibəsində üstünlük qazanmaqla Ermənistan-Azərbaycan münaqişəsi barədə əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Yürüdülən  uğurdlu diölomatiya nəticəsində Ermənistanı əvvəlki təbliğat imkanlarından məhrum etdi. Bir sıra platformalardan– Valdaydan, Aşqabaddan, Davosdan, Münxendən, Praqadan və digər mərkəzlərdən verilən mesajlar dünya birliyinin Qarabağ məsələsinə münasibətini dəyişdi və beləliklə də, Böyük Qələbəyə yol açdı.  
2020-ci il noyabrın 8-i- Şuşa zəfəri, noyabrın 10-u Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanması, dekabrın 10-u isə “Azadlıq” meydanında Zəfər Paradının keçirilməsi ilə tarixə keçdi. Bu hadisələr 30 il torpaqları erməni işğalı altında qalan bir xalqın beynəlxalq ədalətsizliyə etirazı, ona mənsub olanı öz gücü və iradəsi ilə özünə qaytarmağının formulu idi. 44 günlük müharibədə qazanılan qələbə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin 3 istiqamətdə ciddi uğurlara imza atdığını, zəfəri gətirən şərtlərin tam şəkildə həyata keçirildiyini göstərir. 

1.Siyasi-diplomatik güc.  
Azərbaycan dövləti regional və qlobal platformalarda aktiv siyasət yürüdərək Qarabağ probleminin həlli ilə bağlı imperativlərini bütün dünyaya qəbul etdirdi. BMT, AŞPA, ATƏT və digər təşkilatlar səviyyəsində verilən qətnamələr 2020-ci il sentyabrın 27-də start götürən əks-hücum əməliyyatı üçün hüquqi-diplomatik baza rolunu oynadı.

2.İqtisadi güc.
1994-ci il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”, 2014-ci ildə əsası qoyulan Cənub Qaz Dəhlizi, 2017-ci ildən fəaliyyətə başlayan Bakı-Qars dəmiryolu xətti, nəqliyyat və enerji sahəsində həyata keçirilən digər mühüm layihələr iqtisadi dayanıqlılıq və geoiqtisadi gücə çevrilməyin əsas elementləri rolunu oynadılar. Hələ işğal illərində Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində əvəzolunmaz tərəfdaş statusuna yüksəlməsi 44 günlük müharibədə iqtisadi gücün təntənəsinə çevrildi.

3.Hərbi güc.
Ulu Öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesi, hərbi modernləşmə, ölkə daxilində silah istehsalına başlanılması, ən müasir silahlar və döyüş texnikalarının alınması, ildən-ilə ölkənin hərbi büdcəsi və müdafiə xərclərinin artırılması bir tərəfdən, gənc vətənpərvər nəslin yetişməsi, əsgər və zabitlərin Azərbaycanın ərazi bütövlüyünün bərpasına mənən tam hazır olması digər tərəfdən, 2-ci Qarabağ müharibəsində tarixi zəfərin baş səbəbləri kimi göstərilə bilər. 

Yürüdülən uğurlu diplomatiya nəticəsində Azərbaycan xalqı XXI əsrin ən böyük zəfərinə imza atıb. Hazırda dünyada yüzlərlə müharibələr və münaqişələr davam edir, onların heç birində Azərbaycan dövlətinin əldə etdiyi uğuru kimsə təkrarlaya bilmir”.

Mürtəza

Seçilən
12
1
olke.az

2Mənbələr