AZ

Türkiyədə investisiya və onlayn fırıldaqlara qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyədə 9 şəhərdə investisiya və onlayn fırıldaqlara qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 21 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, rəsmi açıqlamaya görə,Türkiyə Baş Prokurorluqların və Kütləvi Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında Adana və Afyon şəhərlərində əməliyyatlar aparılıb. Əsas hədəf, saxta internet saytları vasitəsilə investisiya məsləhətçiliyi fırıldaqları və digər onlayn maliyyə fırıldaqları olub.

Maliyyə Nəzarət Xidməti (MASAK) dəstəyi ilə keçirilən əməliyyatlarda 54 bank hesabı, 2 kripto hesabı və 7 lüks avtomobilə həbs qoyulub. Şübhəlilərin hesablarında təxminən 170 milyon TL dəyərində şübhəli əməliyyatlar aşkar edilib.

Araşdırmalar zamanı şübhəlilərin saxta saytlar vasitəsilə istifadəçiləri cəlb etdikləri, mövcud üzvləri müxtəlif bonuslarla təkrar investisiya etməyə təşviq etdikləri, üzv məlumatlarını isə serverlər üzərindən idarə etdikləri müəyyən edilib.

Şübhəlilər barəsində “xüsusi fırıldaqçılıq” və “cinayət məqsədilə təşkilat yaratma” maddələri ilə cinayət işi açılıb. Əməliyyatlar zamanı çox sayda mobil telefon, SIM kart, kompüter və digər rəqəmsal materiallar götürülüb.

Seçilən
40
turkic.world

1Mənbələr