AZ

Malidə qadın bloqer edam edildi

Malinin şimalında gənc qadın sosial mediadakı fəaliyyətinə görə vəhşicəsinə qətlə yetirilib.

7News.Az SCMP nəşrinə istinadən xəbər verir ki, dəhşətli hadisə Tonka şəhərində baş verib.

Məlumata görə, "TikTok"da 90 mindən çox izləyicisi olan Mariam Sisse özlərini "cihadçılar" adlandıran qüvvələr tərəfindən qaçırılaraq, edam edilib.

Məlumatı qətlə yetirilən bloqerin ailəsi və yerli hakimiyyət orqanları təsdiq ediblər.

Edam olunan qadın yaşadığı ərazidə baş verən hadisələrlə bağlı videolar çəkib paylaşırmış.

Qadının "TikTok"dakı paylaşımları ilə "Mali ordusuna məlumat ötürməkdə" ittiham edilərək qətlə yetirildiyi güman olunur.
Seçilən
13
7news.az

1Mənbələr