AZ

Bundesliqada baş məşqçi istefası reallaşdı

Almaniyanın “Volfsburq” klubunda məşqçi istefası reallaşıb.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçi Paul Simonislə yollarını ayırıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

40 yaşlı niderlandlı mütəxəssislə yanaşı, onun köməkçiləri Peter van der Ven, Tristan Bergheys və Martin Darnevil də yola salınıb. Simonisin boşaltdığı posta müvəqqəti olaraq klubun U-19 komandasının məşqçisi Daniel Bauer təyin edilib.

Simonis iyulun 1-dən “Volfsburq”u çalışdırırdı. “Yaşıllar” onun rəhbərliyi altında 12 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 7 görüşdə məğlub olublar. Komanda hazırda 10 oyundan sonra 8 xalla Bundesliqanın turnir cədvəlində 14-cü yerdədir.

Seçilən
20
1
fanat.az

2Mənbələr