AZ

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıyə sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.

Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək


Telegram kanalımız
Seçilən
30
14
yenisabah.az

10Mənbələr