AZ

Biləcəridə baş verən qətlin təfərrüatı məlum oldu

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Binəqədidə ər arvadını balta ilə öldürüb. SİA xəbər verir ki, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminəni balta ilə öldürüb.

Məlum olub ki, Y.Bədəlov həyat yoldaşı ilə məhkəmə qaydasında boşanıb. Daha sonra onun həyat yoldaşı mülk bölgüsü üçün müraciət edib. Bundan sonra Y.Bədəlov arvadını öldürmək qərarına gəlib. O həyat yoldaşını balta ilə qətlə yetirib. Daha sonra baltanı yuyaraq mətbəxə qoyub. Hadisəni törətdikdən sonra kişi öz oğluna zəng vurub və daha sonra özünü asıb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
sia.az

4Mənbələr