AZ

ABŞ Senatında hökumətin açılması üçün razılaşma əldə edildi

ABŞ Senatında hökumətin açılması üçün razılaşma əldə edildi

ABŞ Senatında Demokratlar və Respublikaçılar hökumətin 40 gün bağlı qalmasının ardından yenidən açılmasına imkan verəcək müvəqqəti büdcə barədə razılığa gəliblər.

Senatdakı bəzi orta mövqeli Demokratlar müvəqqəti büdcə ilə bağlı “lehinə” səs verəcəklərini açıqlayıblar.

ABŞ Senatında keçiriləcək səsvermədə hökumətin yanvarın sonuna qədər maliyyələşdirilməsini təmin edəcək müvəqqəti büdcənin qəbul ediləcəyi gözlənilir.

Sözügedən səsvermə Senatda təsdiqlənsə, müvəqqəti büdcə haqqında qanun layihəsi ABŞ Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq və oradan da keçərsə, Ağ Evə göndəriləcək.

ABŞ Prezidenti Donald Trampın həmin layihəni imzalaması ilə hökumətin yenidən fəaliyyətə başlaması gözlənilir.

Qeyd edək ki, Tramp jurnalistlərə açıqlamasında hökumətin açılmasına çox yaxın olduqlarını bildirib.

Seçilən
28
afn.az

1Mənbələr