AZ

Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi

Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.

“Yeni Sabah”ın xəbərinə görə, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silib.

Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunmuşdu və 7 güşə formasında verilmişdi.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Vətəndaşlar bayrağın təhrif olunmaısna görə nazirliyi qınayırdı və paylaşımın silinməsini tələb edirdilər. 

Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür. 


Telegram kanalımız
Seçilən
25
7
yenisabah.az

8Mənbələr