Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silib.
Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunmuşdu və 7 güşə formasında verilmişdi.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Vətəndaşlar bayrağın təhrif olunmaısna görə nazirliyi qınayırdı və paylaşımın silinməsini tələb edirdilər.
Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür.