AZ

Türkiyədə idman kanalı “BeIN Sports”un binasına silahlı basqın olub VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərində yerləşən “BeIN Sports” kanalının Ayazağadakı televiziya binasına silahlı basqın edilib.

İdman.Biz bu barədə Türkiyənin “Fanatik” nəşrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yayım təşkilatının binasında həyəcanlı anlar yaşanıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib və qısa müddət sonra basqın edən şəxs polislər tərəfindən binadan çıxarılıb.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, “BeIN Sports” telekanalı futbol üzrə Türkiyə Superliqasının oyunlarını yayımlayır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
icma.az

2Mənbələr