AZ

Yaponiya 6,9 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı etdi

Yaponiya Meteorologiya Agentliyi (JMA) Sakit Okeanda baş verən sualtı zəlzələdən sonra sunami xəbərdarlığı etdi.

Agentliyin məlumatına görə, yerli vaxtla (JST) saat 17:03-də okean dibinin təxminən 20 kilometr dərinliyində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

JMA xəritəsində ölkənin şimal-şərq hissəsinin sahilləri, o cümlədən İvate və Miyagi prefekturaları mavi rənglə vurğulanıb ki, bu da hündürlüyü 1 metrə qədər çata biləcək dalğalar barədə xəbərdarlıq edir.

Sahil ərazilərində yaşayan sakinlərə dənizdən uzaq durmaq və mümkün təkrar təkanlara hazır olmaq tövsiyə olunur.

Hazırda dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Əziz MUSTAFA

Seçilən
48
1
oxumeni.az

2Mənbələr