AZ

Keçmiş prezidentin Şimali Koreya ilə bağlı mesajları qalmaqal yaratdı

BAKI, 10 noyabr. TELEQRAF

Cənubi Koreya prokurorları keçmiş Prezident Yun Seok Yolu Şimali Koreya ilə hərbi münaqişə yaratmaq və hərbi vəziyyət tətbiq etmək cəhdində ittiham ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Prokurorlar bildiriblər ki, Yun Seok Yolun hərəkətlərinə dair sübutlar arasında hərbi məmurun mobil telefonunda tapılan mesajlar var. Bu mesajlarda Şimali Koreyaya qarşı dron və dəqiq zərbə kimi mümkün təxribatlardan bəhs olunur.

Öz növbəsində, sabiq Prezident Yun Seok Yol açıqlama verərək bildirib ki, məqsədi hərbi diktatura qurmaq deyil:

"Məqsədim müxalifət partiyalarının qanunsuz əməllərinə diqqət çəkmək və demokratiyanı "anti-dövlət" ünsürlərdən qorumaq olub".

Seçilən
39
teleqraf.com

1Mənbələr