AZ

İranda yeni tikilən bina yanıb: ölən və yaralanan var

Bu gün səhər saatlarında İranın paytaxtı Tehranın mərkəzində inşaatı davam edən çoxmərtəbəli binada yanğın baş verib.

Ölkə.az İran KİV-ə istinadla xəbər verir ki, alovun ilkin olaraq tikinti materiallarının saxlandığı aşağı mərtəbələrdən başladığı bildirilir.

Yanğın zamanı binada olan doqquz fəhlə dam hissəsinə çıxaraq özlərini xilas etməyə cəhd göstərib. Onlardan iki nəfərin xarici ölkə vətəndaşı olduğu açıqlanıb. Onlardan biri qonşu binaya keçmək istəyərkən yıxılaraq həyatını itirib, digəri isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğınla bağlı ərazidə araşdırma davam edir. 

Həmidə İbrahimova

Seçilən
46
olke.az

1Mənbələr