AZ

Sabah havayağmursuz keçəcək

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. 

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 12-15°, gündüz 17-20° isti olacaq.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edə

cək.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir dumanolacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13°, gündüz 19-24°, dağlarda gecə 2-4°, gündüz 10-15° isti olacaq.

 

Seçilən
17
49
senzor.az

10Mənbələr