ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ordu və Hərbi Dəniz Qüvvələri ilə yanaşı, həm də Hava-Kosmik Qüvvələri Rusiyanın əsas müttəfiqləri sırasına daxildir”. Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.“Biz tez-tez xatırladırıq ki, Rusiyanın iki müttəfiqi – ordu və donanmadır, lakin bu sıraya şübhəsiz ki, Hava-Kosmik Qüvvələri də əlavə olunmalıdır”, deyə Lavrov bildirib.Qeyd edək ki, “Rusiyanın yalnız iki müttəfiqi var: ordusu və donanması” - sözləri çar III Aleksandra məxsusdur. Aforizmə çevrilmiş bu ifadə Rusiyada geniş istifadə olunur.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.