AZ

Fransanın hücumçusu millimizə qarşı oynamayacaq

“Tottenhem”in və Fransa millisinin hücumçusu Randal Kolo Muani zədələnib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda “Mançester Yunayted”lə oyunda (2:2) Harri Maquayrla toqquşan futbolçu çənə sümüyünü sındırıb.

Kolo Muani bu səbəbdən Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna ilə oyunlarını buraxacaq.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
62
idmanxeber.az

1Mənbələr