Braziliyanın "Record TV Cabo Verde" televiziya kanalı odun ilə işləyən, 1952-ci ilin "Chevrolet Styleline Deluxe" avtomobili barədə süjet yayımlayıb.
Publika.az xəbər verir ki, bu, ölkədə yeganə belə avtomobildir.
Qeyri-adi nəqliyyat vasitəsi təxminən yarım əsrdir ki, yalnız ağac yanacaqla istifadə edilir.
İkiqapılı avtomobil yerli usta Arnoldo Şmidtin layihəsidir. O, 1977-ci ildə oğlu Elemer ilə birlikdə altı ay ərzində gecələr və həftəsonları işləyərək bu ideyanı həyata keçirib.