Qubada avtomobil ağaca çırpılıb.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.