AZ

Qubada toy karvanında ağır qəza olub, ölən və yaralanan var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qubada toy karvanında ölən və yaralananların kimliyi məlum olub.

Qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.

AzPost.az

Seçilən
50
4
azpost.info

10Mənbələr