AZ

Sebalyos "Sabah"ı "Fiorentina"ya dəyişdi

İspaniyalı mütəxəssis Kristian Sebalyos "Sabah" futbol komandasının məşqçilər korpusundan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.

Sözügedən məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Seçilən
12
18
fanat.az

10Mənbələr