AZ

Bakıdan dünyaya verilən mesaj: Sülh, təhlükəsizlik və əməkdaşlıq - Şərh

“8 noyabrda keçirilən hərbi parad, yalnız Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətli bir hadisə idi. Bu parad, 8 avqustda Vaşinqtonda imzalanan anlaşmadan sonra Azərbaycanın yaratdığı yeni reallığı göstərirdi. Bu reallıq, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün hərbi qüdrətini artırmasının və regionda sülhün qorunmasında daha fəal rol oynamasının bir göstəricisidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki,  8 noyabr paradının əsas məqsədi, Azərbaycanın regional güc balansını və milli təhlükəsizliyini möhkəmləndirmək olduğunu demək mümkündür: “Parad, yalnız hərbi bir nümayiş olmaqla qalmır, həm də Azərbaycan dövlətinin beynəlxalq aləmə verdiyi mesajı əks etdirir: Azərbaycan öz strateji məqsədlərini reallaşdırmaq üçün güclü ordusunu və müasir silahlarını istifadə etməyə hazırdır.

Eyni zamanda, bu paradın Azərbaycanın xarici siyasətindəki yeni yönünü, güc diplomatiyasını nümayiş etdirdiyini də qeyd etmək lazımdır”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanın qarşısında duran əsas hədəf  Cənubi Qafqazda sülhün, təhlükəsziliyin və əməkdşalığın təmin olunmasıdır: 

“Azərbaycan Cənubi Qafqazda güclü bir hərbi qüdrətə sahib olmaqla, yalnız öz ərazilərinin təhlükəsizliyini təmin etmək deyil, eyni zamanda bölgədəki digər dövlətlər üçün də sabitlik mühiti  yaradır. Azərbaycan, regiondakı gərginlikləri azaltmaq və sülhün təmin olunmasına yardım etmək məqsədini güdür. Belə ki, Azərbaycan ordusunun gücü, sadəcə müharibə vəziyyətində deyil, həm də post-konflikt dövründə, diplomatik və regional sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusən  Qarabağ münaqişəsindən sonra bölgədəki digər ölkələr üçün də təhlükəsizlik təminatıdır.
Azərbaycan, regional güc olaraq, yalnız öz sərhədləri daxilində deyil, Cənubi Qafqazın ümumi təhlükəsizliyi üçün də məsuliyyət daşıyır. Beləliklə, Azərbaycanın ordusu, həm də bölgədəki potensial təhdidlərə qarşı mübarizə aparan və sülhün təminatçısı rolunda çıxış edən bir struktur kimi formalaşdırılır.

Bu səbəbdən də Azərbaycanın ordusu, müasir dövrün təhlükəsizlik çağırışlarına cavab vermək məqsədilə davamlı olaraq yenilənir. Bu, ölkənin milli təhlükəsizliyini təmin etməklə yanaşı, dünya ilə olan hərbi əməkdaşlığını da gücləndirir. Orduya olan sərmayələr yalnız döyüş hazırlığına deyil, həm də müasir texnologiyalar və təlimlərə əsaslanır. Bu, Azərbaycanı regionda strateji üstünlüklərə malik edən bir ölkə edir. Azərbaycanın ordu quruculuğu, həmçinin Qərb, Rusiya və Türkiyə kimi ölkələrlə olan hərbi əməkdaşlıqlarını da nəzərə alaraq həyata keçirilir. Bu, Azərbaycanı beynəlxalq səviyyədə daha etibarlı və güclü bir tərəfdaş edir.

Son olaraq onu qeyd etmək lazımdır ki, Türkiyə, Pakistan liderlərinin və ordularının iştirakı ilə 8 noyabr 2025-ci ildə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradını beynəlxalq aləmə mesajını regional, qlobal  sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən hərbi parad kimi qiymətləndirmək laızmdır”.

Mürtəza

Seçilən
32
1
olke.az

2Mənbələr