AZ

Qubada toy karvanında ağır qəza: ÖLƏN VƏ YARALANAN VAR

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA bildirir ki, toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. 


Qəza  zamanı "VAZ-2107" markalı avtomobilin xəsarətlər alan sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

 

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
28
4
senzor.az

10Mənbələr