AZ

“Bir problemimiz var, o da...” - “11 nömrə” ilə MÜSAHİBƏ

Yevlaxlı azarkeşlər Kayl Spensə böyük ümidlər bəsləyir.

İngiltərədə doğulan, “Kristal Palas”ın yetirməsi olan, Şotlandiyanın U-16 millisinin formasını geyinən “11 nömrə” hələ ki, xoş təsir bağışlayır.

Cinah yarımmüdafiəçisi meydana çıxdığı 9 görüşdə aktivinə 2 qol və 1 məsuldar ötürmə yazdırmağı bacarıb.

“Zirə”ylə oyunda meydanı məğlub tərk etməsinə baxmayaraq (2:3), komandasının xeyrinə qol vurdu.

- Məğlubiyyətlə bağlı nə deyə bilərsən?

- İkinci oyundur yaxşı oynayıb uduzuruq. Üstəlik, hər dəfə hesabda önə keçəndən sonra qapımızda qollar görürük. Bu gün qapımıza vurulan 3 qoldan 2-si standart vəziyyətdən reallaşdı. Dayanmaq fikrimiz yoxdur. İnkişafa doğru addım atmaq istəyiriksə, komanda şəklində irəliləməliyik. Daha yaxşı olacağımıza ümid edirəm.

- Qələbə hesabını qorumağınıza nə mane olur?

- Dəqiq cavab vermək mənim üçün çətindir. Qapımıza qollar ya standart vəziyyətlərdən, ya da cinah ötürmələrindən vurulur. Bunun üzərində çalışmalıyıq. Əvvəlki matçlarda daha çox səhvlər edirdik. İndi xeyli azalıb. Bu, o deməkdir ki, get-gedə daha yaxşı olacaq.

- Komanda şəklində 50-60 dəqiqə qaçandan sonra yorulursuz, rəqiblər də bundan maksimum yararlanır. Belə demək olar?

- Əlbəttə, 90 dəqiqəni eyni tempdə saxlamaq mümkün deyil. Orqanizmdir, istər-istəməz güc tükənir. Yorğunluq olanda isə səhvlər qaçılmaz olur. Xüsusən son 15-20 dəqiqədə diqqətli olmalıyıq.

- Sanki komandada hansısa problem var.

- Nə mənada?

- Təşkilatçılıq, şərait, maddi planda hər şey qaydasındadır?

- Gileylənməyimiz üçün heç bir əsas yoxdur. Klub rəhbərliyi özümüzü rahat hiss etməyimiz üçün hər şey edir. Sadaladığınız məsələlərin hamısı qaydasındadır. Bir problemimiz var, o da qələbə qazana bilməməyimiz.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr