Antonio Konte “Napoli” klubunda baş məşqçi postunu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Onun yazdığına görə, noyabrın 10-da Konte ilə Neapol klubunun rəhbərliyi arasında görüş keçiriləcək. Tərəflər əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə edəcəklər.
Bildirilir ki, baş məşqçi və klub bu çətin mərhələnin bütün detallı tərəflərini təhlil edəcək. Görüşün nəticəsi olaraq, yaxın vaxtlarda İtaliya çempionu baş məşqçisiz qala bilər.
Antonio Konte “Napoli”ni 2024/25 mövsümünün əvvəlində çalışdırmağa başlayıb və həmin mövsüm komandanı İtaliya çempionu edib. Lakin hazırda “partenopeylər” üç oyundur qələbə qazana bilmir və A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Dünən, noyabrın 9-da Konte rəhbərliyindəki komanda “Bolonya”ya 0:2 hesabı ilə uduzub.