Bakı. Trend:
Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon ərazisindəyerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişətəşyaları oğurlanıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayevmüəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olanmetamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.