Misli Premyer Liqasının XI turu üzrə "Kəpəz"ə qarşı oyun Aleksey İsayev üçün əlamətdar olub. 

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, o, “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib. 30 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər görüşündə sonradan meydana çıxıb. 2020-23-cü illərdə də “Sabah”da oynayan, cari mövsümün gedişində kluba dönən Aleksey 100 oyunda 11 qol vurub.

Qeyd edək ki, İsayev “Sabah”dan başqa “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.