AZ

"Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

Bakı. Trend:

“Qəbələ” və “Kəpəz” Rusiyanın "SKA" klubunun 21 yaşlı dayaqyarımmüdafiəçisi Sadıq Bağıyevlə maraqlanır.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Hər iki klub orta xətt oyunçusu ilə danışıqlara başlamağa vəonun üçün kompensasiya ödəməyə hazırdır. Lakin futbolçu karyerasınıRusiyada davam etdirməyə üstünlük verir.

Bağıyev cari mövsümdə "SKA"nın heyətində I Liqada meydanaçıxdığı 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc oyunçu daha əvvəl “Kuban”, “Kuban Holding” və “Spartak”da(Tambov) çıxış edib. O, "SKA"ya 2024-cü ilin sentyabrında qoşulub.Yarımmüdafiəçinin Xabarovsk təmsilçisi ilə müqaviləsi 2027-ci ilin30 iyun tarixinə kimi nəzərdə tutulub.

Bundan başqa, Sadıq Bağıyev Azərbaycanın U-21 millisində 2yoldaşlıq oyununda iştirak edib.

Məqalədə:
Seçilən
28
3
az.trend.az

5Mənbələr