AZ

Əhalinin NƏZƏRİNƏ: Mərasim evləri ləğv olunacaq, əvəzində isə…

Mərasim evlərinin ləğvi ilə bağlı təkliflər son günlər ictimai müzakirələrə səbəb olub. Bəziləri bunu israfçılığın qarşısını almaq üçün düzgün addım hesab etsə də, digərləri bu qərarın dini baxımdan münasib olmadığını bildirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan qeyd edib ki, dini baxımdan mərasim evlərini tamamilə ləğv etmək düzgün yanaşma deyil:

Seyidlik

“Yas üçün nəzərdə tutulmuş mərasim evlərini ləğv etmək yox, oradakı bahalı menyuları yığışdırmaq lazımdır. Mərasim evi mədəni yas məclisi üçün nəzərdə tutulubsa, onun nə ziyanı var? Sadəcə, bəzi hallarda orada şadlıq evlərindəki kimi cürbəcür yeməklər təqdim edilir ki, bu, doğru deyil. Sadə və yüngül çay süfrəsi ola bilər.”

İlahiyyatçının sözlərinə görə, İslam dinində yas mərasimi üçün xüsusi qayda yoxdur və vəfat edən şəxsin ailəsinin ehsan süfrəsi təşkil etməsi dini baxımdan doğru sayılmır

“Dində ümumiyyətlə yas mərasimi qaydası yoxdur. Adam vəfat edəndə yemək vermək tamamilə İslama ziddir. Həzrət Peyğəmbər əleyhissəlam övladları vəfat edəndə ehsan, yemək verməyib.”

Tural İrfan hesab edir ki, mərasim evi yalnız başsağlığına gələnləri qarşılayıb yola salmaq üçün istifadə olunmalıdır:

“Əgər mərasim evi başsağlığına gələnləri qarşılayıb yola salmaq üçündürsə, bu başqadır. Amma orada yemək, ehsan süfrəsi təşkil edib qonaqlıq vermək yanlışdır. Elə adam var evində və ya həyətində şərait yoxdur, yaxud bina evində yaşayır. O, başsağlığına gələnləri binanın damında qarşılamalı deyil ki. Təbii ki, bu işlər üçün mərasim evləri olmalıdır. Sadəcə, orada əndazəni aşmamaq lazımdır.”

Beləliklə, ilahiyyatçının fikrincə, mərasim evlərinin tam ləğvi deyil, oradakı israfçılığın aradan qaldırılması dini baxımdan daha uyğun addımdır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
52
1
konkret.az

2Mənbələr