AZ

Orta Dəhliz vasitəsilə Gürcüstan üzərindən konteyner daşımaları 40%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Orta Dəhliz vasitəsilə Gürcüstan üzərindən Çindən və Çinə daşınan TEU tipli konteynerlərin sayı illik müqayisədə 39,9% artaraq 12 721 ədəd təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.
Onun sözlərinə görə, bu rəqəm Orta Dəhliz marşrutuna tələbatın artıdığını təsdiqləyir.

“Gürcüstanda dəmir yollarının modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması ilə bağlı planlaşdırılan islahatlardan sonra Orta Dəhliz ölkə üçün daha da böyük iqtisadi sərvət mənbəyinə çevriləcək”, - İoseliani deyib.

Seçilən
59
1
apa.az

2Mənbələr