Ukrayna Prezidenti Vladimir Zelenski ilə The Guardian qəzetinə müsahibə zamanı Kiyevdə elektrik enerjisi qəfildən kəsilib.
NOCOMMENT.az xəbər verir ki,hadisə zamanı ehtiyat generator dərhal işə düşüb və müsahibə davam etdirilib.
“Bunlar bizim həyat şəraitimizdir. Bu, normaldır. Kiyevdə də, ölkənin digər bölgələrində olduğu kimi, tez-tez işıq kəsilir,” – deyə Zelenski bildirib.
Bundan əvvəl “Ukrenerqo” şirkəti Ukraynanın əksər bölgələrində elektrik enerjisi istehlakına məhdudiyyətlərin gün ərzində tətbiq ediləcəyini açıqlamışdı. Məlumata görə, bu müddət ərzində sənaye müəssisələri üçün də elektrik enerjisinin azaldılması cədvəlləri qüvvədə olacaq.