AZ

Xəstəxanaya da niqabsız buraxmırlar... Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanın Herat vilayətində bütün qadın müəllimlər üçün niqab geyinmək məcburi olub.Bizim.Media “Amu TV”yə istinadla xəbər verir ki, bu barədə vilayətin “Taliban” tərəfindən təyin olunan vilayət qubernatoru məlumat yayıb.

 

Məlumata görə, məhdudiyyətlər yalnız məktəblərlə məhdudlaşmır. Niqab geyinməyən qadınlar xəstəxanalara, nikah idarələrinə, təhsil departamentinə, banklara və digər dövlət qurumlarına buraxılmır. 

Şahidlərinin bildirdiyinə görə, hətta islam hicabı geyinən qadınlar da bəzən saatlarla küçədə gözləməyə məcbur qalır və içəri buraxılmırlar.“Kabul Now” yazır ki, hakimiyyət taksi sürücülərinə niqab geyinməyən qadınları daşımağı qadağan edib. Yerli mənbələrin verdiyi məlumata görə, “Taliban” qüvvələri yeni qaydaların icrasına nəzarət etmək üçün yoxlama məntəqələri qurublar.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
bizim.media

4Mənbələr